Xəzər Xəbər

Yaşlı qadının araba əvəzinə stuldan istifadə etməsinə Səhiyyə Müəssisəsi görün necə aydınlıq gətirdi VİDEO

Veb TV | 20:22 • 27 İyul 2023
Yaşlı qadının araba əvəzinə stuldan istifadə etməsinə Səhiyyə Müəssisəsi görün necə aydınlıq gətirdi

Yaşlı qadın xəstəxanaya daxil olmaq üçün təkərli arabadan deyil, stuldan istifadə edir.

Xezerxeber.az-ın xəbərinə görə, görüntünü lentə alan şəxs iddia edir ki, paytaxtın Mərdəkan qəsəbəsində ''Xəzər Tibb Mərkəzi''ndə xəstələrin daşınması üçün araba yoxdur.

TƏBİB-in tabeliyində olan tibb mərkəzinin Təcili tibbi yardım şöbəsinin müdir əvəzi Hökümə Aslanova qeyd edib ki, hadisə iki gün əvvəl baş verib:

Hökümə Aslanovanın sözlərinə görə, həmin an təcili tibbi yardım stansiyasını mövcud 3 arabası şöbələrdə istifadədə olub.

"Adətən belə olduqda xəstələr ya maşında, ya da stulda oturub gözləyirlər."

Hazırda xəstəxananın Təcili Tibbi Yardım şöbəsində təmir getdiyini deyən Hökümə Aslanova qeyd edib ki, təxminən iki aydan sonra texniki təhcizatla bağlı yaşanan problemlər də aradan qalxacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar