Xəzər Xəbər

Ermənistandan növbəti təxribat: Azərbaycanla sərhədə çox sayda nəqliyyat vasitələri yığır VİDEO

Veb TV | 21:49 • 26 İyul 2023
Ermənistandan növbəti təxribat: Azərbaycanla sərhədə çox sayda nəqliyyat vasitələri yığır

Ermənistan tərəfindən nəqliyyat vasitələrinin Laçın dövlət sərhədinin keçid məntəqəsində cəmləşdirilməsi siyasi şou, manipulyasiyadır və növbəti təxribata cəhdidir. Bununla bağlı görüntülər əldə etmişik.
 Azərbaycan dəfələrlə  bəyan edib ki,  Rusiya sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərə malların daşınması üçün Ağdam-Xankəndi yolu istifadə oluna bilər. Yolun texniki və təbii göstəriciləri, xüsusilə işğaldan sonra yenidən qurulmaqda olan Bərdə-Ağdam yolu malların daha sürətli və səmərəli şəkildə çatdırılmasına imkan yaratdığı halda, özünü qondarma rejimin təmsilçiləri adlandıran şəxslərin bu yoldan istifadədən imtina etmələri tamamilə başadüşülən deyildir.
Əslində isə bu, rasizmin açıq təzahürü və  beynəlxalq ictimai rəyi çaşdırmaq cəhdidir. 
 Ermənistan bu addımla siyasi şou yaradır və  və siyasi möhtəkirlik nümunəsi ortaya qoyur.
Xarici səfirliklərin, o cümlədən də Avropa İttifaqının nümayəndələrini yığıb sərhədə gətirmək sözün əsl mənasında məsələdən tamaşa düzəltmək anlamına gəlir. Digər tərəfdən, Qərb ölkələrinin səfirlik nümayəndələrinin bu tamaşada iştirakı riyakarlıqdan başqa bir şey deyil. 
Ermənistanın və onun havadarlarının növbəti şousu heç bir nəticə verməyəcək və iflasa məhkumdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti