Azərbaycanda radioyayım şəbəkəsi genişləndiriləcək.
Ölkə başçısı tərəfindən bu sahənin inkişafı ilə bağlı imzalanan sərəncamla mövcud yayım stansiyalarının maddi-texniki bazası yaxşılaşdırılacaq, radioların dayanıqlı fəaliyyəti təmin ediləcək və fasiləsiz enerji təminatı üçün zəruri infrastruktur yaradılacaq.
“Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin direktoru vəzifəsini icra edən Elman Həsənov deyib ki, sözügedən qərar ölkədə radioyayım sahəsinə, radio kanalların səmərəli fəaliyyətinə dövlət qayğısının təzahürüdür. Ölkə başçısı tərəfindən media sahəsinin hərtərəfli inkişafına daim diqqət göstərilir. Televiziya, onlayn və çap mediaları ilə yanaşı radionun da inkişafı diqqət mərkəzindədir.
Həmçinin Naxçıvandakı radioyayım infrastrukturu da müasirləşdiriləcəkdir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işləri sırasında həmin bölgədə teleradio yayımı infrastrukturunun da yaradılması nəzərdə tutulur.
Audiovizual Şuranın rəsmisi Günay Xəlilzadə isə bildirib ki, sərəncamla ümumilikdə 13,7 milyon manat vəsait ayrılıb. Bununla bölgələrdə bütün radioların yayımına nail olunacaq.
Qeyd edək ki, Nazirlər Kabineti göstərilən tədbirlərin icrası ilə əlaqədar növbəti üç il ərzində istismar xərclərinin maliyyələşdirilməsini təmin edəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: