Xəzər Xəbər

Azərbaycanda bağlanma riski olan bank var? VİDEO

Veb TV | 20:37 • 26 İyul 2023
Azərbaycanda bağlanma riski olan bank var?

Mərkəzi Bankın iyul ayı proqnozuna əsasən, bu il Azərbaycanda inflyasiyanın 6-7% faiz civarında olması gözlənilir.

Xezerxeber.az-ın məlumatına görə, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

Taleh Kazımov həmçinin bəzi bankların bağlanma risklərinin olub-olmadığı ilə bağlı sualı da cavablandırıb.

Mərkəzi Bankın sədri İran Milli Bankının Bakı filialında nöqsanlar aşkarlandığını deyib. Bildirib ki, bəzi xidmətlərə məhdudiyyət tətbiq edilib.

Taleh Kazımov onu da qeyd edib ki, Azərbaycanın strateji valyuta ehtiyatları 66 milyard dollara yaxınlaşıb. Bu isə son 6 ayda 12.7 % artım deməkdir. O da bildirilib ki, Mərkəzi Bank bu aydan etibarən cəzalandıracağı maliyyə qurumlarının adlarını rəsmi internet səhifəsi vasitəsilə açıqlayacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar