Sel Goranboy rayonunun Goranlı, Qazançı, Kürəkçay kəndində fəsadlar törədib.
Xezerxeber.az-ın məlumatına görə, həyətlərə su dolub, yollar yararsız hala düşüb.
Kürəkçay kəndi ərazisindən axıb gedən sel suları dəmiryol xəttinin kənarında kiçik göl yaradıb. Yağışdan sonra yaranan sel Goranlı kəndində 3 sakinin həyətinə dolub. Otlaq sahələri su altında qalıb. Həmçinin Nahid Yolçuyevə məxsus inqibator sexinin divarı uçub.
Sel suları Qazançıda da otlaq sahələrinə, həmçinin sakinlərə məxsus həyətlərə, tövləyə də dolub.
Sakinlərin verdiyi məlumata görə, xırdabuynuzlu heyvanlardan tələf olanlar var. Güclü yağış kənd yollarını yararsız hala salıb.
Goranboy rayonun 3 kəndində selin yaratdığı fəsadların aradan qaldırılması üçün Goranboy Rayon İcra Hakimiyyəti yanında Fövqəladə hallar komissiyası tərəfindən monitorinq aparılır. Fəsadların aradan qaldırılması üçün işlərə başlanılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: