Bu gün Xəzər dənizinin cənub hissəsində zəlzələ baş verib. Xezerxeber.az-ın məlumatına görə, zəlzələ daha çox Lənkəranda hiss olunub.
Titrəyişlər bir neçə saniyə davam edib. Rayonda tələfat və dağıntı olmasa da, yerli sakinlər güclü təkanı hiss ediblər.
Lənkəran Rayon İcra Hakimiyyətindən bildirdilər ki, müvafiq qurumlarla əlaqə saxlanılıb. İcra hakimiyyətinə hər hansı bir dağıntı barədə müraciət daxil olmayıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla saat 11:03-də Lənkəran stansiyasından 20 km şimal - qərbdə zəlzələ qeydə alınıb. Təkanlar episentrdə 5, ətraf rayonlarda 5-3 bala kimi hiss olunub. Zəlzələnin maqnitudası 4.8, dərinliyi 5 km olub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: