Paytaxtın mərkəzi yollarından birində təmir işlərinə başlanılıb.
Xezerxeber.az xəbər verir ki, nəticədə sözügedən yolda sıxlıq yaranıb.
Görüntülər paytaxtın Neftçilər prospektindəndir. Təmirlə bağlı yolun 1 kilometrlik hissəsində avtomobillərin hərəkətində çətinlik yaranıb.
“Yol Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi əsasında təmir olunur.”
İcra Hakimiyyətindən bildirilib ki, Neftçilər prospektindən Yusif Səfərov istiqamətində olan yolda təmir işlərinin aparılmasına ehtiyac yaranıb. Təhsil müəssisələrinin fəaliyyət göstərməməsi və nəqliyyatın intensivliyinin azalmasını nəzərə alınaraq təmirə başlanıb.
Təmirlə əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. İdarənin baş inspektoru Araz Əsgərli hərəkət iştirakçılarını diqqətli olamağa çağırıb.
Qeyd edək ki, prospektdə hərəkətin tam məhdudlaşdırılması nəzərdə tutulmayıb. İşlərin yaxın günlərdə yekunlacağı gözlənilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: