Xəzər Xəbər

Ermənilər Şuşa Qlobal Media Forumunda iştirak edən əcnəbi jurnalistləri ŞANTAJ ETDİLƏR... VİDEO

Veb TV | 22:39 • 25 İyul 2023
Ermənilər Şuşa Qlobal Media Forumunda iştirak edən əcnəbi jurnalistləri ŞANTAJ ETDİLƏR...

"Şuşa Qlobal Media Forumunda iştirak edən  jurnalistlərə  hədə-qorxu dolu məktublar göndərildi, onlar şantaja, terrora məruz qaldılar. Bəzi iştirakçılar hətta öz sosial şəbəkə hesablarını müvəqqəti qapatmaq məcburiyyətində qaldılar."

Xezerxeber.az xəbər verir ki, bu fikirlər Mətbuat Şurasının  yaydığı bəyanatda  qeyd  olunub.

Bəyanatda bildirilir ki, Ermənistan 11 jurnalist təşkilatı Şuşa Qlobal Media Forumunun iştirakçılarına müraciət ünvanlayaraq əcnəbi media mənsublarını qınayıb və onları Şuşanı tərk etməyə çağırıb.

Mətbuat Şurası idarə heyətinin üzvü  Elçin Mirzəbəylinin  sözlərinə görə,  Qarabağın erməni əhalisinin, guya "blokadada" olduğuna dair iddianın irəli sürülməsi və xarici jurnalistlərdən mövzunu gündəmə gətirmək istənilməsi bu mühüm hadisəni siyasiləşdirmək və bundan mümkün dividend əldə etmək cəhdindən başqa bir şey deyildi.

Daha bir məqam erməni tərəfinin eyni motivli müraciəti beynəlxalq təşkilatlara da ünvanlamasıdır. Həmin müraciətdə Foruma qarşı bəyanatın verilməsi, tədbirə qatılmış xarici jurnalistlərin fəaliyyətinin pislənilməsi kimi qəbuledilməz fikirlər irəli sürülüb.

Şuşa forumuna qatılanların adından yalançı açıqlamaların yayılması, guya onların həmin açıqlamalarında “Qarabağın "blokadasının" aradan qaldırılmasına yönələn fikirlər səsləndirdikləri iddiası isə heç bir əndazəyə sığmır”, -deyə bəyanatda qeyd olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti