Bu gün bir qrup laçınlının Laçına növbəti köçü baş tutub.
Xezerxeber.az xəbər verir ki, 89 nəfər dədə-baba yurduna qayıdıb.
Gülbahar nənə deyir ki, saçındakı dənlərin hər birində Laçın həsrəti var. Bütün dünyanı versələr də "Laçınımın bir qarışı etməz",- deyir.
Ruxsarə xanım isə deyir ki, Laçından çıxanda atasının məzarını qoyub gəlmişdi.
Bununla da Laçın şəhərində 152 ailə, yəni 591 nəfərin daimi məskunlaşması təmin edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: