Xəzər Xəbər

Rusiyada araşdırma aparan alim İrəvanın Azərbaycana aid olduğunu sənədlə SÜBUT ETDİ... VİDEO

Veb TV | 21:21 • 25 İyul 2023
Rusiyada araşdırma aparan alim İrəvanın Azərbaycana aid olduğunu sənədlə SÜBUT ETDİ...

Araşdırma üçün Rusiyaya getdi və maraqlı tapıntı ilə geri döndü.

Xezerxeber.az xəbər verir ki, söhbət tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahovdan gedir. O, bir ay öncə Rusiya kitabxanasında apardığı araşdırma zamanı İrəvanın Azərbaycan torpağı olmasını təsdiq edən xəritələri üzə çıxarıb.

Tarixçinin tapdığı xəritəltərdə 1850-1917-ci illərdə mövcud olan İrəvan quberniyasının ərazisi aydın formada əks olunub. Bu isə böyük və qədim Ermənistan mifinə inanan ermənilərə əyani sübutdur.

Sözügedən xəritələr 1853-cü ildə tərtib olunub və dövrün əsas mənbələridir. Tarixçi həmçinin o dönəmə aid digər tarixi hadisələrin əks olunduğu sənədləri də ölkəyə gətirə bilib.

Tarixçi alim ölkəyə gətirdiyi sənədlərin azərbaycan, ingilis və fransız dillərində tərcümə edib elmi vəsaitlərdə və kitablarda çap etmək niyyətindədir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar