''FETÖ" terror təşkilatı ənənəvi terror qruplaşmalarından fərqlənir. Onların fəaliyyəti daha çox ayrı-ayrı qruplaşmalar halında şəbəkələşmiş formada davam edir''.
Xezerxeber.az xəbər verir ki, bunu araşdırmaçı jurnalist Aqil Ələsgər deyib. O, qeyd edib ki, FETÖ qruplaşması həm Azərbaycan, həm türk dünyası üçün böyük təhlükədir. Çünkü bu təşkilatın əsas idarəedici qüvvələri kənarda yerləşib.
Aqil Ələsgər deyir ki, Türkiyədən kənar ilk şəbəkələşmə məhz Azərbaycanda formalaşıb. Azərbaycan xalqının Türkiyəyə olan sevgisindən bu qruplaşma kirli məqsədlər üçün istifadə edib.
Müsahibimiz onu da əlavə etdi ki, bu qruplaşmaya qarşı mübarizə tədbirləri davamlı olmalıdır.
Qeyd edilib ki, bu qruplaşmada kimin nə zaman fəaliyyətə keçəcəyi, hansı fazanın nə vaxt aktiv olacağı çox bilinmir. Xüsusilə burada bir qrup deşifrə olunduqda digərləri ya ad dəyişir, ya da bir müddətlik fəaliyyətləri dayanır.
Bununla da özlərini qorumağa çalışırlar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: