Xəbər verildiyi kimi, iyulun 24-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Mirzalıbəyli kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Xezerxeber.az xəbər verir ki, məlumatla əlaqədar dərhal hadisə yerinə cəlb edilən FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Aran” dalğıc-axtarış qrupu kanalda batması ehtimal edilən 2003-cü il təvəllüdlü Eyvazov Kamran Müzəffər oğlunun axtarışlarına başlayıblar.