Həftəsonu baş vermiş qəzalarda 11 nəfər ölüb.
Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Xezerxeber.az-ın məlumatına görə, İdarənin əməkdaşı Toğrul Nəsirli deyir ki, şənbə və bazar günü avtomobil yollarında ölümlə nəticələnən 10 yol-nəqliyyat hadisəsi baş verib.
Yay mövsümü olduğundan və istirahətə gedənlərin sayı artdığı üçün respublika əhəmiyyətli yollarda nəqliyyat sıxlığı da artıb. Bu səbəbdən də yollarda sürücülər daha diqqətli olmalı və əsasən sürət həddinə ciddi əməl etməlidirlər.
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı deyir ki, regionlara turist axını və tətilə gedənlər çox olduğundan, yol hərəkətində təhlükəsizliyi təmin etmək üçün yol polisi nəzarəti daha da artırıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: