Bərdədə bir müddət əvvəl yanmış bazarın fəaliyyəti müvəqqəti dayandırılıb. Amma bazarın bağlanması sahibkarların narazılığına səbəb olub.
Xezerxeber.az-ın məlumatına görə, əraziyə girişin qadağan olunmasına səbəb bazarın təhlükəsizlik standartlarına cavab verməməsidir.
Fövqəladə Hallar Nazirliyi tərəfindən bazarın bütün giriş - çıxışına xəbərdarlıq lentləri vurulub. Sahibkarlar bildirirlər ki, bazarın bağlanması onlara böyük maddi ziyan vurur.
Sahibkarlar deyir ki, səbəb kimi bazarda yanğın təhlükəsizliyi qaydalarının pozulduğu iddia olunur. Amma onlar bununla razılaşmır.
Məsələyə bağlı “Bərdə Ticarət Mərkəzi” Açıq Səhmdar Cəmiyyətindən bildirilib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən göstərilən bütün nöqsanların aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir. Bazarın elektrik şəbəkəsi yenidən qurulur. Qaydalara və standartlara uyğun olaraq bütün işlər həyata keçirilirək bazarın fəaliyyəti davam etdiriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: