Tovuz rayonunun Qovlar şəhəri Mirzə Ələkbər Sabir küçəsində yerləşən sahibkar Sürayə İsmayılovaya məxsus ikimərtəbəli fərdi evdə yanğın baş verib.
Xezerxeber.az-ın məlumatına görə, yanğın zamanı evin həyətində olan mikroavtobus və iki avtomobil də yanıb.
Həyat yoldaşının ad günü münasibətilə tort almağa gedən iş adamı geri qayıdanda evində yanğın baş verdiyinin şahidi olub.
Yanğının miqyası ümumilikdə 400 kvadratmetr sahəni əhatə edib. Daha sonra alovlar qonşuluqdakı Eltəkin Əlizadəyə məxsus evə də keçib.
Bundan əlavə, digər qonşuların da pəncərələri sınıb. Hadisə yerinə dərhal Qovlar şəhər və Tovuz yanğınsöndürmə bölmələrinin canlı qüvvə və texnikaları cəlb olunub. Yanğın söndürülüb, digər evlərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: