Sabahdan bağçalara qəbul başlayır.
Xezerxeber.az-ın məlumatına görə, qeydiyyat bu il də elektron qaydada aparılacaq.
Valideynlər bq.edu.az saytına daxil olmaqla 2023-2024-cü tədris ili üçün baçalara qəbulla bağlı elektron kabinet yarada biləcəklər.
Elm və Təhsil Nazirliyinin Məktəbəqədər təhsilin təşkili və idarə olunması sektorunun müdiri İlahə Rəsulova bildirib ki, bölgələrdə bağça seçimi avqustun 1-i saat 11:00-da, paytaxtda isə avqustun 8-də başlayacaq. Proses sentyabrın 1-dək davam edəcək. Məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən 1 uşaq üçün maksimum 3 seçim imkanı olacaq. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum 5 gündən sonra həyata keçiriləcək.
Sektor müdiri qeyd edib ki, qəbul zamanı ötən tədris ilində yaradılmış növbə və sorğular sıfırlanacaq. Həmin valideynlər yenidən seçim etməli olacaqlar.
Elektron qəbul sistemi sentyabrın 1-dən 15-dək qrupların komplektləşdirilməsi səbəbindən müvəqqəti dayandırılacaq. Komplektləşdirmə prosesi bitdikdən sonra uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam edəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: