Xəzər Xəbər

2 rəngli avtomobillərin duracağa yerləşdirilməsi düzgündürmü? VİDEO

Veb TV | 10:44 • 24 İyul 2023
2 rəngli avtomobillərin duracağa yerləşdirilməsi düzgündürmü?

Üzərində 2 rəng olan avtomobilləri Yol polisi əməkdaşları saxlayaraq cərimə meydançasına aparır. Səbəb kimi isə nəqliyyat vasitələrinin zavod istehsalına uyğun olmayan şəkildə, yəni nəqliyyat vasitəsinin yarısının bir rəngdə, digər hissəsinin isə başqa rəngdə olması göstərilir.

Baş Dövlət Yol Polisi İdarəsindən “Xəbər Ertəsi”nə də avtomobili bu şəkildə idarə edən şəxslərin saxlanılması və nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsi faktını təsdiqləyiblər.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov isə bildirir ki, qanunvericilikdə avtomobillərdə bir neçə rəngin olub-olmaması ilə bağlı konkret standartlar yoxdur. Əsas odur ki, vurulan rənglər dayanıqlı olsun. Yəni asan şəkildə yuyularaq pozulması mümkün olmasın. Ərşad Hüseynov avtomobilin banının müxtəlif rənglərdə olması ilə bağlı da hansısa bir tələbin qoyulmadığını vurğulayır.

Ərşad Hüseynovun sözlərinə görə, avtomobildə fərqli rənglərin olması dövlət qeydiyyatına alınaraq sənəddə qeyd olunubsa, sürücü onu həmin vəziyyətdə idarə edə bilər.

“Rənglər sənədləşdirilmədikdə isə cərimə nəzərdə tutulsa da, nəqliyyat vasitədi duracağa yerləşdirilə bilməz.”

Ərşad Hüseynov onu da əlavə edib ki, bəzən sürücülər avtombilin rəngində əhəmiyyətli dərəcədə dəyişiklik edir və bunu qeydiyyata aldırmırlar. Görünən odur ki, Dövlət Yol Polisi də məhz bu cür qanunsuzluqların qarşısını ala bilmək üçün inzibati tədbirlər həyata keçirir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 
 

Xəbər lenti

COP29 Sədrliyindən BƏYANAT
18:10 • 22 Noyabr 2024