Yasamalda yaşlı kişi hadisədə zamanı yanaraq ölüb.
Yasamalda yaşlı kişi evdə yanaraq dünyasını dəyişib...Xezerxeebr.az xəbər verir ki, yanğın hadisəsi səhər saatlarında Zərdabi küçəsi 71a-ünvanında çoxmərtəbəli yaşayış binasında qeydə alınıb. Sözügedən binanın 7-ci mərtəbəsində mənzillərdən birindən tüstü çıxdığını görən qonşular dərhal yanğınsöndürənlərə məlumat veriblər.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 80 kv/m² olan 2 otaqlı mənzilin 1 otağında yanar konstruksiyaları və 1 ədəd kondisioner yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanginsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Yanğın zamanı xilasedicilər tərəfindən 25 nəfər bina sakini də təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: