Bilgəh qəsəbəsində bir ildir yenidən qurulan park sakinlərin istifadəsinə verilmir.
Xezerxeber.az-ın xəbərinə görə, qəsəbə sakinləri iddia edir ki, onlar dincəlmək üçün az yaşlı övladları ilə birgə Buzovnaya, Maşağaya gedirlər.
Sakinlər deyir ki, ilk dəfədir Bilgəh qəsəbəsində həm ərazinin genişliyinə, həm yaşıllığına , həm də səliqə sahmanına görə belə park salınıb.
“Xəzər Xəbər” öyrənib ki, Bilgəh qəsəbəsindəki istirahət parkı "Bakı Abadlıq" MMC tərəfindən əsaslı şəkildə qurulub.
Sorğuya cavab olaraq "Bakı Abadlıq" MMC-nin direktor müavini Firdovsi Hüseynov bildirdi ki, parkın içərisində sanitar qovşaq və bir neçə tamamlanmaya ehtiyacı olan kiçik həcmli işlər qalıb. Onlarlar da yaxın günləBilgəhin İstirahət Parkını sakinlərin üzünə bağlayıblar...rdə bitəcək. Tezliklə Bilgəh istirahət parkı sakinlərin istifadəsinə veriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: