İyulun 22-də saat 17:30 radələrində Abşeron rayonu Mexkalon qəsəbəsində 2005-ci il təvəllüdlü Abbasov Sərdar Sərxan oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Xezerxeber.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Mirzəyev Fərid Nafiz oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: