Xəzər Xəbər

Yayda ət niyə ucuzlaşmır? VİDEO

Ət son bir ildə 4 manat bahalaşıb
Veb TV | 20:37 • 22 İyul 2023
Yayda ət niyə ucuzlaşmır?

Son aylar ət və ət məhsullarının qiymətində kəskin bahalaşma müşahidə olunur. Azərbaycanda son 5 ildə ətin qiyməti 2 dəfədən çox artıb. Təkcə ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 manat bahalaşma var.

Xezerxeber.az-ın məlumatına görə, hazırda quzu əti 18 manat, sümüklü mal əti 14, sümüksüzün qiyməti isə 17 manatdır.

Yay fəsli olmasına baxmayaraq ətə tələbat böyükdür.

Satıcılar bildirlər ki, alıcı qıtlığı yaşanmasa da, heyvan və yem bazarında bahalıqdır.

Digər bir satıcı isə deyir ki, hazırda ətin qiyməti sabitdir. Lakin o da  yaxın vaxtlarda ətin bahalaşa biləcəyini istisna etməyib.

Ekspetlər hələ bunun son hədd olmadığını deyirlər.

İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, dünya bazarında heyvan yeminin bahalaşması Azərbaycandan da yan keçmir. Bundan başqa, Rusiya-Ukrayna müharibəsi fonunda Ukrayna məhsullarının Azərbaycan bazarından çıxması, bazara gələn məhsullarda logistika xərclərinin artması dolayı yolla da olsa qiymət artımına təsir edir.

Ekspert qeyd edib ki, dünya bazarında son 12 ayda ətin qiyməti bahalaşmayıb, hətta ət bazarında 6 faizə qədər ucuzlaşma var. Hazırda yemin bahalaşması  prosesi dayanıb.

Xalid Kərimli hesab edir ki, bundan sonra stabillik olacağı gözlənilir, amma əgər vəziyyət dəyişərsə, bahalaşma prosesi davam edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar