Xəzər Xəbər

Şuşa Qlobal Media Forumu davam edir VİDEO

Veb TV | 20:52 • 22 İyul 2023
Şuşa Qlobal Media Forumu davam edir

Şuşa şəhərində Prezident İlham Əliyevin tapşırığına əsasən "Heydər Əliyev ili" çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" Şuşa Qlobal Media Forumu ikinci gündür ki, işini panel sessiyalarla davam etdirir. 

Xezerxeber.az-ın məlumatına görə, Forumda 120 media subyekti və 50 ölkədən 250-dən çox nümayəndə iştirak edir.

Bugünkü sessiyada müasir informasiya mühitində media menecmenti və dayanıqlı media biznes modellərinin yaradılması mövzusuna toxunulub. Tədbirdə yerli və xarici media nümayəndələri, eyni zamanda, ekspertlər iştirak ediblər.

TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, jurnalist, media meneceri, məruzəçi Bora Bayraktar, Serbiya parlamentinin keçmiş direktoru, Strateji Araşdırmalar Forumunun təsisçisi və prezidenti Neven Cveticanin mövzular barədə ətraflı danışıblar. Xarici media nümayəndələri panel müzakirəyə çıxarılan mövzuların medianın bugünü və gələcəyi üçün çox önəmli olduğunu vurğulayıblar. 

Forumda həmçinin 60 yerli media rəhbəri və nümayəndəsi də təmsil olunur. 

Forum işini iyulun 23-də yekunlaşdıracaq. Forum çərçivəsində media və informasiya-kommunikasiya sahəsində qlobal səviyyədə mühüm aktuallıq kəsb edən məsələlər müzakirə olacaq. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: 

Xəbər lenti

Çox oxunanlar