İyulun 22-də daha bir neçə ailə Laçın şəhərinə yola salınıb.
Xezerxeber.az xəbər verir ki, bu gün daha 79 nəfərdən ibarət 22 ailə doğma yurduna geri dönüb.
Qeyd edək ki, köç Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşüb.
Köçürülən ailələr Laçında vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Bununla da Laçın şəhərində 133 ailə, yəni 503 nəfərin daimi məskunlaşması təmin edilib.