Xəzər Xəbər

Astarada 50 ton çay yığıla bilər... VİDEO

Veb TV | 23:00 • 21 İyul 2023
Astarada 50 ton çay yığıla bilər...

Astarada 3-cü çay yığımına başlanılıb.

Xezerxeber.az xəbər verir ki, çay əsasən, Astaranın Şüvi və Kijəbə kəndləri ərazisində yetişdirilir. Təsərrüfat sahiblərinin dediklərinə görə, bu il havaların yağıntılı keçməsi məhsuldarlığa  müsbət təsir göstərib.

Astaranın çay sahələrində mövsümün  sonuna kimi 50 tondan yuxarı çay tədarükü  gözlənilir.

Qeyd edək ki, ötən il Astara rayonunun çay planatsiyalarında 145 ton məhsul götürülüb. 

"Bu il isə istehsalın 30 - 40 faiz artacağı proqnozlaşdırılır."

Onu da bildirək ki, çay kolu ildə 3-4 dəfə məhsul verir. İlk yığım may ayından başlayır. Əlverişli hava şəraiti davam edərsə, bundan sonra hələ bir çay yığımı da baş tutacaq. Bu yığım da avqustun sonu, sentyabrın əvvəllərinə təsadüf edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti