Yaşayış binasının qarşısı zəbt edilərək hasara alınır.
Xezerxeber.az xəbər verir ki, sakinlər tikinti işlərindən sonra vəziyyətin çətinləşəcəyini və ciddi problemlərin olacağını deyir.
“Görüntülər Abşeron rayon Xırdalan şəhər AAAF park yaşayış kompleksindəndir.”
Sakinlərin sözlərinə görə, bir vətəndaş onların yaşadığı binanın qarşısını alaraq hər hansı bir obyektin tikilməsi üçün şərait yaradır.
“Onlar bildirir ki, həmin ərazini Ceyhun Musayev adlı bir sahibkar alıb və 6 sot ərazidə obyektin tikilməsi üçün hazırlıq görür.”
Ərazidə tikinti işlərini görən iş icraçısı Şahin Aslanov da “XəzərXəbər”ə açıqlamasında bildirib ki, vətəndaş həmin ünvanda sadəcə mülkiyətçi olduğu üçün hasarlanma işlərini gördürür.
Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsi ilə əlaqə saxladıq. Bildirildi ki, ərazidə hasarlanma işlərini görən şəxs Ceyhun Musayev mülkiyətçidir. Ancaq idarəyə hər hansı bir obyektin tikinti işlərinin aparılması ilə ilə bağlı müraciəti daxil olmayıb.
Həmçinin, sözü gedən ünvanda tikintiyə icazə verilməyib və verilməsi də nəzərdə tutulmayıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: