Azərbaycanın Gürcüstandan idxal etdiyi avtomobillərin sayı azalsa da qiyməti kəskin artıb.
Xezerxeber.az xəbər verir ki, bu ilin ilk 6 ayı ərzində Gürcüstandan Azərbaycana 226 milyon ABŞ dolları dəyərində 14 206 ədəd avtomobil gətirlib.
"2023-cü ilin birinci yarısında Azərbaycana ixrac edilən avtomobillərin dəyəri 74,8% artıb, sayı isə 2% azalıb."
Avto-nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyir ki, bunun başlıca səbəbi Azərbaycanda ölkəyə idxal edilən avtomobillərlə bağlı tətbiq edilən məhdudiyyətdir.
Ekspert deyir ki, növbəti ildən Gürcüstanın özündə də avtomobil idxalına bəzi məhdudiyyətlər qoyacaq.
"Bu isə Azərbaycan bazarına da təsir edə bilər."
Statistikaya əsasən, ötən ilin birinci yarısında Gürcüstan Azərbaycana 129,3 milyon dollar dəyərində 14 498 ədəd avtomobil ixrac edib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: