Bakıda sərnişin avtobusunda qəfil yanğın başlayıb.
Xezerxeber.az xəbər verir ki, hadisə günorta saatlarında paytaxtın Xətai rayonu Köhnə Günəşli qəsəbəsində, 46 saylı sərnişin avtobusunda baş verib. Yayılan məlumata görə, avtobusda əvvəlcə partlayış ardında yanğın olub.
"Amma daşıyıcı şirkətin kalon rəisi Ceyhun Qasımov deyir ki, avtobusda partlayış olmayıb, mühərrik hissəsindən yanğın başlayıb."
Qeyd edək ki, hadisə zamanı avtobusda sərnişin olmayıb. Sürücü də həmin vaxt nəqliyyat vasitəsini tərk etdiyi üçün xəsarət almayıb.
Daşıyıcı şirkətin nümayəndəsi deyir ki, istesalat bazaları var və hər axşam orda xəttə çıxacaq bütün avtobuslara texniki qulluq göstərilir.
Yanğın zamanı ərazidə olan internet kabellərinə də zərər dəyib. Baş Dövlət Yol Polisi İdarəsi sözügedən hadisə ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, avtobusun mühərrikində baş vermiş qısa qapanma səbəbindən alov alaraq yanıb.
Nəticədə ölən və xəsarət alan olmasa da, avtobus yararsız hala düşüb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: