Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Cəlilabad rayonunda olub.
Xezerxeber.az xəbər verir ki, dövlətimizin başçısı Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib.
Prezident İlham Əliyev iyulun 20-də Füzuli rayonunda da olub.
Dövlətimizin başçısı 1-ci texniki dərəcəli Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Füzuli Beynəlxalq Hava Limanına qədər olan 27 kilometrlik hissəsinin tikintisi ilə tanış olub.
Prezident İlham Əliyev iyulun 20-də həmçinin Xocalı rayonunun işğaldan azad edilmiş Çanaqçı və Sığnaq kəndlərində də olub.
Xezerxeber.az mövzu ilə bağlı hazırlanmış daha ətraflı videomaterialı təqdim edir: