Xəzər Xəbər

Bankların komissiya haqları niyə yüksəkdir? VİDEO

Standart komissiya haqları tətbiq edilə bilər
Veb TV | 22:11 • 20 İyul 2023
Bankların komissiya haqları niyə yüksəkdir?

Bəzən bir bank kartından digər bank kartına az bir məbləğ köçürən zaman bəzi banklar müştərilərdən kifayət qədər yuxarı həddə komissiya haqları tutur. Bu özünü başqa bankın bankomatında edilən nağdlaşdırma zamanı da göstərir. Bəs bu komissiya haqları niyə yüksəkdir? Ümumiyyətlə, bu məsələ tənzimlənə bilərmi?

Xezerxeber.az-ın məlumatına görə, insanlar deyirlər ki, əksər banklar ən sadə əməliyyatlar zamanı əlavə komissiya haqqı tutması normal deyil.

Komissiya haqları əsasən bir bank kartından digər banka məxsus kartlara vəsait köçürülərkən, həmçinin başqa banka məxsus bankomatlarda nağdlaşdırma zamanı tutulur.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyir ki, bankın müştəridən komissiya haqqı tutması məsələsi ''Banklar haqqında qanun''la tənzimlənir. Bu qanuna görə banklar komissiya haqlarını özləri müəyyən edirlər. Ekspert xarici ölkələrdə də bu tipli komissiyaların müştəridən tutulduğunu bildirib.

Lakin Əkrəm Həsənov deyir ki, yerli bankların təklif etdiyi kredit faizləri də yüksəkdir. Bunu nəzərə alaraq komissiya haqları aşağı endirilməlidir.

Qeyd edək ki, Mərkəzi Bank tərəfindən təklif edilən qanun layihəsinə əsasən nağdlaşdırma faizlərinin standart olması nəzərdə tutulub. Bu qanun təsdiqlənsə, Mərkəzi Bank bu komissiyaların yuxarı həddini müəyyən edəcək. Bununla da banklar həmin həddən yuxarı müştərilərdən vəsait tuta bilməyəcəklər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar