Tərtər rayonunun Bəyimsarov kəndi ərazisində avtomobil qəzaya düşüb, nəticədə körpə ölüb.
Xezerxeber.az-ın məlumatına görə, 23 yaşlı Kamran Süleymanov idarə etdiyi nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman o, nəqliyyat vasitəsini yol kənarında olan betona vurub.
Nəticədə maşında olan sürücünün uşağı, 2023-cü il təvəllüdlü Cavidan Süleymanov aldığı bədən xəsarətlərindən ölüb. Sürücünün anası, 47 yaşlı Xoşqədəm Süleymanova bud - çanaq oynağı nahiyəsinin əzilməsi xəsarəti alıb.
Ağstafa şəhərində isə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Yolu qarşı tərəfə keçmək istəyən rayon sakini, 74 yaşlı Raya Abdullayevanı avtomobil vurub. Ağır xəsarətlər alan qadın xəstəxanaya aparılsa da, onun dünyasını dəyişdiyi məlum olub.
Bərdədə isə 16 yaşlı oğlan bədbəxt hadisə nəticəsində həyatını itirib. Hadisə rayonun Lənbəran kəndində qeydə alınıb.
16 yaşlı Davud Paşayev həmyerlisi 38 yaşlı Xaqani Qasımovun idarə etdiyi traktorun qoşqusundan yıxılıb. O, aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: