Xəzər Xəbər

Düyü bahalaşır, bəs qıtlıq yarana bilərmi? VİDEO

Veb TV | 12:04 • 20 İyul 2023
Düyü bahalaşır, bəs qıtlıq yarana bilərmi?

Azərbaycanda düyünün idxalı və idxal qiyməti artıb.

Xezerxeber.az xəbər verir ki, söhbət Azərbaycan mətbəxinin olmazsa olmazı sayılan düyüdən gedir. Bu ilin 6 ayı ərzində ölkəyə düyü idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,3 faiz artıb. Eyni zamanda, ötən il 1 ton düyünün orta idxal qiyməti 842 dollar olsa da, bu il bu rəqəm 892 dollar təşkil edib. Yəni, orta idxal qiymətində də 50 dollar artım var.

Beynəlxalq reytinq agentliklərinin araşdırmalarına görə, qlobal düyü bazarı bu il son 20 ilin ən böyük qıtlığını yaşayacaq.

“Bəs bu vəziyyətin səbəbləri nələrdir?”

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, iyun ayında ölkədə yerli uzun düyünün qiyməti 5 manat 30 qəpik, idxal edilən uzun düyünün 1 kiloqramının qiyməti isə 4 manat 6 qəpik olub. May ayı ilə müqayisədə, demək olar ki, qiymətlər dəyişməz olaraq qalıb.

İqtisadçı deyir ki, məhsulun həcmində müəyyən azalmalar olsa da, ölkədə ciddi qıtlıq gözlənilmir. Bu dövr ərzində cüzi bahalaşma isə qaçılmazdır.

Rəşad Həsənov deyir ki, qıtlıq və bahalaşma baxımından əsas təzyiq ətlə ola bilər.

Ekspertlər düyü qiymətlərinin 20-30 faiz artacağını proqnozlaşdırır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar