Xəzər Xəbər

Salyan sakininin xəbəri olmadan adına əmək müqaviləsi açılıb... HƏTTA sürücülük vəsiqəsi də var... VİDEO

Veb TV | 22:15 • 19 İyul 2023
Salyan sakininin xəbəri olmadan adına əmək müqaviləsi açılıb... HƏTTA sürücülük vəsiqəsi də var...

Salyan rayon Qarabağlı kənd  sakini Qəni Orucov iddia edir ki, iki ildir onu işə götürmürlər. 

Xezerxeber.az-ın xəbərinə görə, müraciət etdiyi müəssisələrdən ona bildirilib  ki, adına aktiv əmək müqaviləsi mövcuddur.

Qənir Orucov iddia edir ki , onun o şirkətlərlə bağlı heç bir məlumatı olmayıb. İşə qəbul olunmaqla bağlı nə ərizə yazıb, nə də bir sənəd təqdim edib.

“Onu işçi kimi şirkətlərdə fəhlə, satış meneceri, axırıncı dəfə isə şirkətdə sürücü kimi qeydiyyata salıblar.”

Onun sözlərinə görə, dəfələrlə sözügedən şirkətləri hüquq -mühafizə orqanlarına şikayət edib, ancaq həmin şirtkətlərdən hədə-qorxu gəlməkdədir.

Məsələ ilə əlaqədar Qəni Orucovun “Xəzər Xəbər”ə təqdim etdiyi İsgəndər Məmmədovla telefon əlaqəsi saxlanılıb.

İsgəndər  Məmmədov bildirdi ki, sözügedən  şirkəti o, 2022-ci ildə başqa bir şəxsə satıb. Müqaviləsi olan daha 3 şirkətin nömrəsi ilə əlaqə saxlasaq da, telefonlarımıza cavab verilmədi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar