30 illik həsrət bitdikdən qısa müddət sonra keçmiş məcburi köçkünlərin işğaldan azad edilən ərəazilərə köçü məhz bu gün başladı.
Xezerxeber.az xəbər veri ki, ötən il 19 iyul tarixində zəngilan rayonun ağalı kəndinə ilk sakinləri köçürüldü.
Politoloq Mehman İsmayılov deyir ki, əslində ermənistan işğalı dövründə dağıntıları, ekosidi və minalanma təhlükəsini nəzərə alaraq bir çox ekspertlər qayıdış üçün uzun illər tələb olunacağını qeyd edirdilər. Lakin Azərbaycan dövlətinə Qarabağa ilk sakinlərin köçü üçün cəmi il yarım bəs etdi.
Üstəlik həmin ərazilərdə ənənəvi yaşayış kompleksləri deyil, ən müasir standartlara cavab verən kəndlər və şəhərlər salınır.
Prezidentin də qeyd etdiyi kimi, dövlətin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının maraqları və onun rifahı durur. Bu ali vəzifə bərpa-quruculuq işlərinin sürətlə aparılmasını şərtləndirən vacib amillərin başında gəlir.
Ekspert deyir ki, işğaldan azad olunan ərazilərin sürətlə bərpa edilməsi, Böyük qayıdış proqramının uğurla reallaşdırılması Azərbaycan dövlətinin gücünün və qüdrətinin əyani göstəricisidir.
Qeyd edək ki, Ağalıda "Ağıllı kənd" layihəsinin təməli 2021-ci ilin aprelində dövlət başçısı tərəfindən qoyulub. Bu günə kimi Zəngilan rayonunun Ağalı kəndinə 86 ailədən ibarət 420 nəfər köçürülüb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: