Xəzər Xəbər

Artıq qız uşaqları ana bətnində MƏHV EDİLMİR... HESABAT... VİDEO

Veb TV | 21:45 • 19 İyul 2023
Artıq qız uşaqları ana bətnində MƏHV EDİLMİR... HESABAT...

"Məişət zorakılığı, uşağın atılması kimi halların baş verməməsi üçün ailə qurarkən psixoloji testin keçirilməsi vacibdir".

Xezerxeber.az xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında bildirib.

Komitə sədri ölkədə sığınacaqların sayının ehtiyaclara uyğun gəlmədiyini bildirib və yeni sığınacaqların yaradılacağını qeyd edib.

Bahar Muradova bildirdi ki, Azərbaycan qız uşaqlarının ana bətnində məhv edilməsi üzrə artıq ilk sıralarda deyil və bu problemin aradan qaldırılması üçün zəruri tədbirlər görülür.

O, qeyri-hökumət təşkilatlarının məişət zorakılığı ilə bağlı bütün ölkəni əhatə edəcək mobil tətbiqin yaradılması üçün təklif verdiyini açılayıb.

"Bahar Muradova yaxın zamanlarda bununla bağlı tədbir görüləcəyini qeyd edib."

Komitə sədri həmçinin qeyd edib ki, böyük qayıdışa dair proqram üzrə Zəngilan və Füzulidə ailə mərkəzlərinin, Laçında isə resurs mərkəzinin yaradılması nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti