Xəzər Xəbər

Bu kəndi su basdı - sakinlər köçürülür VİDEO

Sakinlərə kompensasiya verilməyib
Veb TV | 10:11 • 19 İyul 2023
Bu kəndi su basdı - sakinlər köçürülür

Son aylar havanın yağıntılı keçməsi səbəbindən Şəkinin Babaratma kəndində problemlər yaranıb.

Xezerxeber.az-ın xəbərinə görə, əyriçay su anbarında suyun səviyyəsinin qalxması nəticəsində 11 evi su basıb. İki aydan çoxdur sakinlər çıxılmaz vəziyyətdə qalıblar.

Sakinlər bildirirlər ki, evlərinə və təsərrüfatlarına dəymiş zərərə görə onlara kompensasiya verilməyib.

Məsələ ilə bağlı Əyriçay Su Anbarı İstismar İdarəsinin sahə rəisi Əsgər Abdullayev bildirdi ki, su anbarı Şəki və Qax rayonlarının suvarma suyu ilə təmin edilməsi məqsədilə layihələndirilib və hazırda layihənin ikinci mərhələsi üzrə intensiv işlər aparılır.

Qeyd edək ki, 43 ev və 1 məktəb binası Babaratma kəndindən, 7 ev isə Qaradağlı kəndinən Şorsu qəsəbəsinə köçürüləcək.

Xezerxeber.az "Xəbər Ertəsi"nin mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar