Xəzər Xəbər

Xankəndi separatçılarının sonluğa yaxınlaşan "aksiyası" VİDEO

Veb TV | 22:00 • 18 İyul 2023
Xankəndi separatçılarının sonluğa yaxınlaşan "aksiyası"

Artıq  bir  neçə gündür ki, Xankəndidəki erməni separatçı tör-töküntüləri aksiyaya başlayıblar.

Xezerxeber.az xəbər verir ki, onlar buradan Xocalı aeroportuna - rus sülhməramlı komandanlığının müvəqqəti qərargahı önünə də yürüş ediblər.

Separatçıların "başçısı" Araik Arutyunyan beynəlxalq ictimaiyyət qarşısında vaxt qoyub. Deyib ki, "bir həftə ərzində stabil və normal vəziyyətin yaradılması üçün beynəlxalq müdaxilə edilməsə, daha sərt tədbirlərə əl atılacaq.

Politoloq Elçin Mirzəbəyli deyir ki, Qarabağda yaşayan ermənilərin blokadada olması xəbərinə artıq heç kim inanmır.

Əgər doğrudan da humanitar fəlakət yaşanırsa o zaman rəsmi Bakının razılıq verdiyi Ağdam-Xankəndi yolu vasitəsilə erməni sakinlər ehtiyaclarını  qarşılayardılar.

Digər  narahatçılıq  doğuran bir  məqam isə Rusiya sülhməramlı  qüvvələrinin fəaliyyəti ilə bağlıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar