Xəzər Xəbər

FHN Buzovnada SÖKÜNTÜ İŞLƏRİ APARDI... VİDEO

Veb TV | 21:15 • 18 İyul 2023
FHN Buzovnada SÖKÜNTÜ İŞLƏRİ APARDI...

Xəzər rayonu Buzovna qəsəbəsində bir neçə qurumdan sənəd alan vətəndaşın tikdiyi ev sökülüb.

Xezerxeber.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları heç bir sənədinin olmadığını əsas gətirərək vətəndaşın evini söküblər.

Yarımtiklinin sahibi Həcər Bağırova iddia edir ki, həmin ərazidə ev tikirmiş və bütün sənədləri də var.

Agentliyin müfəttişi Adil Bayramov isə bildirib ki, tikili qeyri-yaşayiş sahəsidir və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, sahibi heç bir sənəd təqdim etməyib.

"Daha bir qeyri-yaşayiş sahəsi olduğu bildirilən tikili də söküldü."

Tikintidə işləri icra edən Anar Əsgərov da iddia edir ki, həmin obyektin layihəsi və bütün sənədləri qaydasındadır.

Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin müfəttişi onu da bildirdi ki, ölkə ərazisində qanunsuz tikintilərin sökülməsi prosesi davam edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar