Xəzər Xəbər

Bakıda zibillikdən tapılan körpənin vəziyyəti ağırdır TƏBİB/VİDEO

Veb TV | 13:01 • 18 İyul 2023
Bakıda zibillikdən tapılan körpənin vəziyyəti ağırdır

TƏBİB Sabunçu rayonunda zibillikdən tapılan körpənin vəziyyətini açıqlayıb.

Xezerxeber.az-ın məlumata görə, körpə 1 saylı Körpələr Evinin göndərişi əsasında TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Körpəyə mərkəzi sinir sisteminin dəqiqləşdirilməmiş zədələnməsi, düşməmiş göbək diaqnozu qoyulub.

Ona ilkin tibbi yardım göstərilib, lazımı müayinələrdən keçirilib. Hazırda körpənin vəziyyəti ağırdır.

Xezerxeber.az körpənin zibil qutusuna necə atılması və onun necə çıxarılmasının eksklüziv görüntülərini təqdim edir:

Xəbər lenti

Çox oxunanlar