Xəzər Xəbər

Dünyanın ən hündür dağlarını fəth etmək üçün bu qədər pul ödəmək lazımdır - Azərbaycanlı alpinist açıqladı VİDEO

Fantastik məbləğdə vəsait xərcləmək lazımdır
Veb TV | 10:55 • 18 İyul 2023
Dünyanın ən hündür dağlarını fəth etmək üçün bu qədər pul ödəmək lazımdır - Azərbaycanlı alpinist açıqladı

Everest dağını (hündürlüyü 8.848 m) fəth etmək üçün rəsmi dövlət rüsümü 12-14 min dollar arasındadır.

Xezerxeber.az-ın məlumatına görə, bunu bu gün Xəzər TV-nin “Xəbər Ertəsi” verilişinin qonağı olan alpinist İsrafil Aşurlu deyib.

Alpinizmin daha çox xərc tələb edən sahə olduğunu vurğulayan İsrafil Aşurlu bildirib ki, Everest dağına çıxmaq üçün Nepal hökumətindən icazə almaq və 12-14 min dollar arasında dövlət rüsümü ödəmək lazımdır.

İsrafil Aşurlu əlavə edib ki, Çin Xalq Respublikasının Tibet yaylasında yerləşən və hündürlıüyü 8 min metrdən yüksək olan iki dağa çıxmaq üçün isə daha yüksək vəsait xərcləmək lazımdır. Çünki burada hər bir dağın fəth edilmə qiyməti 16 min dollardır: “Amma düşünmək lazımdır ki, əgər dağları fəth edə bilməsəniz və yarıda qalsanız, ödədiyiniz pul qaytarılmır”.

Xatırladaq ki, İsrafil Aşurlu bugünlərdə digər alpinist yoldaşları ilə birlikdə Pakistanda 7 500 metr yüksəklikdə qalmış müəllimi xilas etmişdi və bu məsələ mətbuatda geniş işıqlandırılmışdı.

Xezerxeber.az İsrafil Aşurlunun açıqlamasını təqdim edir:

Xəbər lenti

Çox oxunanlar