47 yaşlı Aydın Hümmətov Şəki rayonunun Baş Daşağıl kəndində ata və anasıyla bir həyətdə yaşayır və 4 uşağı var. Uzun illərdir iş tapa bilmədiyi üçün Məşğulluq Mərkəzinə 5 ildən çoxdur ki, müraciət edib.
Xezerxeber.az xəbər verir ki, 1 uşağının danışa bilməməsi, psixi əlil olması, ata və anasının səhhətində ciddi problemlərin olması ailənin maddi durumunu pis vəziyyətə gətirib.
“Məşğulluq Mərkəzindən ailənin vəziyyətinə baxış keçirilib.”
Ailə üzvlərinin sözlərinə görə, onlara keçi təsərrüfatı yaratmaq üçün 21 baş xırda buynuzlu heyvan veriləcəyini desələrdə aylardır bu məsələ nədəsə həllini tapmır.
Məsələ ilə əlaqədar Dövlət Məşğulluq Agentliyindən “Xəzər Xəbər”ə bildirilib ki, Şəki rayonu Aşağı Daşağıl kənd sakini Hümmətov Aydın Yadigar oğlunun müraciəti araşdırılıb. Vətəndaş "Keçiçilik təsərrüfatı" istiqaməti üzrə özünüməşğulluq proqramına müraciət edib.
Məşğulluq filialı tərəfindən qeydiyyata alınıb və özünə məşğulluğunun təşkili məqsədilə müvafiq prosedurların icrasına başlanılıb. Proqramın təşkili qaydalarına uyğun olaraq vətəndaşın proqrama uyğunluğunun yoxlanılması üçün cari ilin may ayında şəraitinə baxış keçirilib və Aydın Hümmətovun seçdiyi istiqamət üzrə şəraitinin olmadığı müəyyən edilib. Bu səbəbdən vətəndaşı özünüməşğulluq proqramına cəlb etmək mümkün olmayıb. Monitorinqin nəticələri barədə məlumat özünüməşğulluq proqramı iştirakçılarının reyestrində də göstərilib.
“Reyestrə daxil olaraq vətəndaş özü də bu məlumatlarla tanış ola bilər.”
Aydın Hümmətov digər aktiv məşğulluq tədbirlərinə cəlb edilmək üçün Məşğulluq filialına müraciət edə bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: