Sosial şəbəkələrdə paylaşılan bu video hər kəsi dəhşətə gətirib.
Xezerxeber.az-ın xəbərinə görə, iddia olunur ki, 8 yaşlı Tunarı it dişləyəndən sonra quduzlaşıb və bu vəziyyətə düşüb.
“Xəzər Xəbər” məsələnin təfərrüatlarını öyrənmək üçün Tunarın müalicə olunduğu xəstəxanaya gedib”.
Anası İlhamə Mirqafarovanın sözlərinə görə, oğlunun vəziyyəti stabildir və o quduz deyil.
Ana deyir ki, Tunar atasız uşaqdır və tək anasının himayəsində böyüyüb. İlk əvvəl Xızı rayonunda yaşayıblar, çobanlıqla məşğul olub, itlərin, quzuların arasında böyüyüb. Sonradan ana-bala stansiya Sumqayıtda məskunlaşıblar.
“Hadisə isə iyulun 8-də başa verib. Belə ki, 8 yaşlı Tunar həyətdəki itə xəsarət yetirəndən sonra it ona hücum edib.”
O ki, qaldı uşağın videodakı halına, qadın bildirib ki, həmin əlamətləri quduzluqla əlaqəli deyil. Tunar uşaqlıqdan qabdan yeməyi o cür yeyir.
Xatırladaq ki, Tunar hazırda Sumqayıt şəhər Uşaq xəstəxanasının infeksiya şöbəsində müalicəsini davam etdirir. Xəstəxananın şöbə müdiri Sehri Babayev bildirib ki, 8 yaşlı Tunar Mirqafarov İyulun 8-də səhər saat 11-05-də daxil olub. Başının təpə nahiyəsindən böyük ölçülü it dişləməsi zədəsi olub. Cərrahi işləmələr it dişləməsi təyinatına uyğun olaraq aparılıb. Hazırda uşağın vəziyyəti yaxşıdır və quduzluq əlaməti qeydə alınmayıb.
Həkim də təsdiqlədi ki, anası övladını uşaqlıqdan psixoloji olaraq elə böyütdüyü, heyvanlarla bir yerdə saxladığı üçün oğlan yeməyi o şəkildə yeyirmiş.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: