Xəzər Xəbər

Azərbaycanda iri şirkətə HAKER HÜCUMU... ƏMƏLİYYAT ÇƏKİLİŞİ... VİDEO

Veb TV | 22:22 • 17 İyul 2023
Azərbaycanda iri şirkətə HAKER HÜCUMU... ƏMƏLİYYAT ÇƏKİLİŞİ...

Xəbər verdiyimiz kimi, qida sektorunda iri şirkətlərdən birinin şəbəkə və data serverlərinə kiberhücum etməkdə şübhəli bilinən dəstə üzvləri saxlanıb.

Kiberhücumla bağlı Daxili İşlər Nazirliyinə məlumatlar daxil olan kimi məsələ nəzarətə götürülüb və əməliyyat başlayıb.

Kiberhücumu həyata keçirən şəxslərin şifrələnmiş məlumatları polis əməkdaşları tərəfindən diqqətlə təhlil olunub və tətbiqi proqram təminatları vasitəsilə həmin şəxslərin kimliyi və koordinat məlumatları təyin edilib.

Cinayəti törədən dəstə üzvləri Murad Rzayev, İbrahim ələsgərov və Elvin əliməmmədov xüsusi alqoritmlərdən və sosial mühəndislik üsullarından istifadə edərək şirkətin serverlərində yerləşən kommersiya sirri təşkil edən məlumatlara məsafədən giriş ediblər.

Həmin şəxslər ələ keçirdikləri məlumatları 60 min manata satarkən saxlanıblar. Onlar məlumat axınının davamlığını təşkil edəcəklərinə dair vədlər verərək hər ay üçün əlavə 10 min manat ödəniş tələb ediblər.

Faktla bağlı ''qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompyuter sisteminə qanunsuz daxil olma'' və ''qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompyuter məlumatlarını qanunsuz ələ keçirmə'' maddələri ilə cinayət işi başlanılaraq adıçəkilən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar