Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədov "İnflyasiya və qiymətlər üzrə monitorinqin gücləndirilməsi istiqamətində əlavə tədbirlər barədə" sərəncam imzalayıb.
Ölkədə inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəyə endirilməsi, inflyasiya proseslərini və onun səbəblərinin kəmiyyət və keyfiyyətcə qiymətləndirməsi, eləcə də bu sahədə qurumlararası koordinasiyanın gücləndirilməsi üçün İşçi qrupu yaradılıb.
İqtisad elmləri doktoru, professor Zahid Məmmədov deyir ki, pandemiyadan sonra ölkədə inflyasiya proseslərinin təhlil edilməsi üzrə aparılan işlərin gücləndirilməsinə ciddi ehtiyac var idi.
İqtisadçı alimin sözlərinə görə, yalnız düzgün və dəqiq araşdırılmadan sonra inflyasiyanın təsirlərini azalda bilərik.
Qeyd edək ki, qərara əsasən İşçi Qrupu ölkədə inflyasiya proseslərinin təhlili üzrə işlərin daha da gücləndirilməsi və qiymət monitorinqinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görüb, ayda bir dəfə nəticəsi barədə hesabat Nazirlər Kabinetinə təqdim etməlidir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: