Ürək damar xəstəliklərinin müalicəsində istifadə olunan aspirin həbinin qəbulu və bundan sonra qanın laxtalanma analizinin götürülməsi hansı zərurətdən irəli gəlir?
Xezerxeber.az xəbər verir ki, Tibb Universitetinin dossenti, kordioloq Firdovsi İbrahimov hər gün polikilinikalarda minlərlə xəstədən əsassız yerə bu analizin götürüldüynə diqqət çəkib.
O, qeyd edib ki, hətta xəstələr özü belə təkidlə müayinə zamanı bu tələblə həkimə və yaxud polikinikaya müraciət edirlər. Onun sözlərinə görə, bu sadəcə alışqanlıqdan başqa heç bir klinik nəticəyə varmağa təsir etmir:
Ürək-damar xəstələrinin vacib dərmanı olan aspirin 120 ildən artıqdıqdır ki, beyin və digər damarların tutulması zamanı müşahidə olunan hallarda və infarkt xəstəliyinin qarşısının alınmasında geniş istifadə olunur. Bəzən ağrıkəsici, bəzən isə hərarət düşürücü bu həb həm də profilaktik olaraq da qəbul edilir.
Firdovsi İbrahimov həkim məsləhəti olmadan aspirin qəbul edilməsinin müxtəlif fəsadlara yol aça biləcəyinə də diqqət çəkib.
Kordioloq qeyd edib ki, əgər həkim göstərişi olarsa laborator təhlil yoxlanıla bilər, digər hallarda bu könüllülük və yaxud poliklinika tələbi ilə həyata keçirilərsə nəticəyə təsir etmir.
TƏBİB-dən belə bir qayda tələbinin hansı zərurətdən yarandığı ilə bağlı münasibət öyrənmək cəhdimiz isə baş tutmadı.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: