Sədərək Ticarət Mərkəzini su basıb.
Xezerxeber.az xəbər verir ki, səhər saatlarında intensiv yağan yağış suları paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsindəki Sədərək Ticarət Mərkəzinə dolub. Mağaza sahibləri dərhal özləri yağış suları təmizləmək üçün səfərbər olublar.
“Mağazaların qarşısı su olduğundan müştərilərin hərəkətində çətinlik yaranıb.”
Ticarət mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim deyir ki, kanalizasiya quyularında olan nasoslar çatdırmadığından bəzi əraziləri su basıb.
Qeyd edək ki, su çəkiləndən sonra Ticarət Mərkəzinin fəaliyyəti bərpa olunub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: