Xəzər Xəbər

İfası ilə qəlbləri fəth edən 10 yaşlı Nuray riyaziyyat müəllimi olmaq istəyir VİDEO

Onun səsini klassik sənətkarımız Şövkət Ələkbərovanın səsinə bənzədirər
Veb TV | 12:25 • 17 İyul 2023
İfası ilə qəlbləri fəth edən 10 yaşlı Nuray riyaziyyat müəllimi olmaq istəyir

Azərbaycan xalq mahnılarını və muğamlarını ifa edən balaca xanəndə Nuray Şahsuvarlının cəmi 10 yaşı var. Musiqiyə böyük marağının olduğunu görən valideynləri onu təhsil almaq üçün Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinə qoyurlar.

Xezerxeber.az-ın məlumatına görə, balaca Nuray burada qısa müddətdə bacarığı və səsi ilə seçilir, Azərbaycan xalq musiqisi və muğam sənətini öyrənməyə başlayır. Nurayı sosial şəbəkələrdə məhşurlaşdıran videosu isə evdə rəsm çəkərkən anası tərəfindən lentə alınıb.

Nurayın musiqi məktəbində müəllimi Ələsgər İsmayılovdur. Müəllim və şagird elə xəbər ertəsi üçün də birgə mahnı ifa da ediblər.

Nurayın səsini isə sosial şəbəkə istifadəçiləri klassik sənətkarımız Şövkət Ələkbərovanın səsinə bənzədibər.

Nuray Şahsuvarlı gələcəkdə xanəndəliklə bərabər riyaziyyat müəllimi də olmaq istəyir.

Qeyd edək ki, Nuray təhsil aldığı Sumqayıt şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbdə də təlim-tərbiyəsi ilə seçilir. Dərslərini yaxşı oxuyur və əlaçıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti