Fransa, Cənubi Qafaqazda sülh proseslərinin normallaşmasında ən böyük təhdidlərdən biri rolunda çıxış edir.
Vaxtı ilə ATƏT minsk qrupunun həmsədri olaraq proseslərin tənzimlənməsində müəyyən rol oynadığını bəyan edən Fransa, bu gün Ermənistanı silahlandıraraq, Azərbaycanla sülh müqaviləsinin imzalanmasına imkan vermək istəmir.
Politoloq Anar Əliyev deyir ki, özünü tərəfsiz vasitəçi kimi təqdim edən Fransa, əksini edərək açıq aşkar tərəfini nümayiş edir.
Onun sözlərinə görə, Fransa Ermənistana dəstək nümayiş etdirməklə həm də baş tutan görüşlərə mane olmağa çalışır.
Anar Əliyev bildirib ki, Fransa prezidenti Makronun hazırki siyasəti həm ölkəni beynəlxalq nüfuzdan salır həm də Fransa xalqını etirazlara sövq edir. Bu səbəbdən də, nəinki etirazlar genişlənir, hətta vətəndaş itaətsizliyi həddinə çatıb.
Politoloq bildirib ki, başqa dövlətlərin daxili işinə qarışmaqda pərgar olan Fransa, Ukraynaya qarşı da dırnaqarası tərəfsizlik nümayiş etdirir. Belə ki, bir tərəfdən Ukraynaya dəstək ifadə etdiyini bildirən Fransa, digər tərəfdən Moskva ilə gizli danışıqlar aparır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: