İmişlidə əsasən gilas bağları ilə tanınan Şahverdili kəndində uzun illərdir sakinlər bağçılıqla məşğuldur.
Xezerxeber.az xəbər verir ki, 360 təsərrüfatı olan kəndin əsas məşğuliyyəti meyvəçilik hesab edilir.
Hazırda kəndin bağlarında gilas yığımı davam edir və bağbanlar Krım gilasını tədarük edir. İmişli rayon Şahverdili kənd sakini Nazim Həsənov bildirir ki, ailə təsərrüfatı 20 sotdan ibarətdir və bağda 250 ədəd gilas ağacı var. Bu il bol məhsul yetişdiyini söyləyən bağban, qiymətlərin ucuz olduğunu bildirir.
Hər ağac orta hesabla 50-60 kq məhsul verib. Bağın əsas gilə meyvəsi sayılan ağ gilasda demək olar ki, yetişib hazırda yığımı davam edir.
Fermerlər bildirir ki, qiymətlər onları qane etmir. Gilasın hər kq-ı 1 manata satılır ki, o da fəhlənin pulu etmir.
Ümumilikdə kənddən mövsüm zamanı 300 tondan çox məhsul istehsal olunur. Fermerlərin sözlərinə görə, yığılan məhsulla rayon bazarları tam təmin edilir. Məhsulun digər hissəsi isə əllərində qalır.
“Səbəb isə xarici bazara çıxışın olmamasıdır.”
Qeyd edək ki, hazırda gilas bağlarında ag gilas yığımı aparılır. Bağlarda qiymət 1manat -1 manat 50 qəpik arası olsada, bazarlarda gilasın 1 kiloqramı 3 matadan 6 manata qədər dəyişir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: