Xəbər verdiyimiz kimi, keçmiş qayın, yeznəsini öldürməkdə şübhəli bilinir. Hadisə Abşeron rayonu Mehdiabad qəsəbəsində qeydə alınıb.
İddiaya görə keçmiş qayın yeznəsini aliment ödəmədiyinə görə bıçaqlayaraq öldürüb.
Hadisə yerinə Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşları cəlb olunub. Araşdırmalarla qətlə yetirilən şəxsin 35 yaşlı Sultan Əliyev olduğu məlum olub. Hadisəni isə öldürülən şəxsin keçmiş qaynı 32 yaşlı Hüseyn Qasımov tərəfindən törədildiyi bəlli olub. İlkin məlumata görə tərəflər arasında münaqişə Mehdiabad qəsəbəsində Qarabağ restoranında toydan çıxandan sonra aliment borc öhdəliyi ilə əlaqəli olub. Həmçinin eks yeznə boşandığı ailəsinə görə heç vaxt aliment ödəməyəcəyini bildirib və qarşı tərəfi təhqir edib. Elə hər şeydə bundan sonra baş verib.
Hadisənin baş verdiyi Qarabağ Restoranı faktı təsdiqləsədə, ancaq qətlin onlardan bir aralıda baş verdiyini deyir. Sakinlər bildirir ki,qəsəbədə fəaliyyət götərən Qarabağ Restoranında ümumiyyətlə hər toy sonu dava olur.
Qətli törədən şəxs saxlanılıb. Faktla bağlı Abşeron rayon Prokurorluğunda cınayət işi açılıb, araşdırma aparılır.
Kürdəmirdə qətl törədilib. Hadisə gecə saatlarında rayonun 69-cu məhəllə adlanan ərazisində baş verib. Rayonun Muradxan kənd sakini əvvəllər məhkum olunmuş 55 yaşlı Cümşüd İslamov, rayonun Sor-Sor kənd sakini hazırda Bakıda yaşayan 46 yaşlı Müşviq Məmmədova "makarov" tipli tapança ilə üç güllə xəsarəti yetirməkdə şübhəlini bilinir.
Yaralı dərhal ətrafdakı insanların köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və əməliyyat edilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Meyidi müayinə olunması üçün Səhiyyə Nazirliyinin məhkəmə tibbi ekspertizası və pataloji anatomiya birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.
Hadisəni törətməkdə şübhəli bilinən Cümşüd İslamov isə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda araşdırmalara başlanıb. Hadisənin təfərrüatlarını mərhumun qohumundan eşidək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: