Gecə saatlarında Tovuzda kütləvi dava olub. Hadisə çay evlərinin birinin qarşısında baş verib.
Xezerxeber.az xəbər verir ki, dava nəticəsində rayonun Qovlar şəhər sakini 26 yaşlı Xəyal İsmayılov bıçaq xəsarətləri alıb.
Məlumata görə, kütləvi davada iştirak edən bir neçə nəfər ərazidən uzaqlaşıb. Onların olduğu avtomobil sonradan qəzaya uğrayıb. Belə ki, minik maşını yol kənarında hərəkətsiz dayanmış ekskovatora çırpılıb.
Nəticədə rayonun Qaziqulu kənd sakini sürücü 29 yaşlı Hüseyn Əliyev, Tovuz şəhər sakini 32 yaşlı Tural Tağıyev, Bozalqanlı kənd sakini Günay Babayeva və Düz-Cırdaxan kənd sakini 19 yaşlı Sənan Məmmədalıyev ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Kütləvi dava zamanı yüngül xəsarət alanlar da olub. Onlara ilkin tibbi yardım göstərilib.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırmalara başlanıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: